Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Tarix Diyarşünaslıq Muzeyində 1 Mart Ümümdünya Mülki Müdafiə Günü nə həsr olunmuş «Mülki müdafiə və hər bir evdə ilk yardım edən» mövzusunda dəyirmi masa keçirilib

02.03.2020

Qazax Tarix Diyarşünaslıq Muzeyində 1 Mart «Ümümdünya Mülki Müdafiə Günü» nə həsr olunmuş «Mülki müdafiə və hər bir evdə ilk yardım edən» mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Gəncə Regional Dövlət Yanğından Nəzarət İdarəsinin Qazax rayonu üzrə inspektoru Arzuman Həsənov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov və mədəniyyət işçiləri iştirak ediblər.

Əvvəlcə Mülki Müdafiə Gününün yaranmasına həsr olunmuş filmə baxış keçirildi. Muzeyin direktoru Gülnaz Alişanova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31-də «Azərbaycan Respublikasının Mülki Müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 73 saylı fərmanı və 1998-ci il aprelin 18-də «Mülki müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalanmışdır. Azərbaycan Respublikasının Mülki müdafiəsi-sülh və müharibə dövrlərində respublikanın ərazisində əhalini təbii fəlakətlərin,həmçinin güclü qəzaların nəticələrindən qorumaqdır.
Hər bir işçi təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı təlimatda nəzərdə tutulmuş davranış qaydalarını bilməli və ona riayət etməlidir.