Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xanlıqlar kənd kitabxana filialı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Analar baş tacımız” adlı ədəbi kompozisiya keçirib

03.03.2020

03 mart 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xanlıqlar kənd kitabxana filialı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Analar baş tacımız” adlı ədəbi kompozisiya keçirib. Tədbirdə fəal oxucular və mədəniyyət işçiləri iştirak edib. “Analar baş tacımız” adlı sərgiyə baxış olduqdan sonra kitabxana filialın müdiri Səbilə Alıyeva 8 Mart Beynəlxalq Qadınlar Gününün tarixi haqqında məlumat verərək bildirib ki, 8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Kitabxana filialın əməkdaşları Lətafət Adıgözəlova və Xədicə Süleymanova çıxışlarında bütün Azərbaycan qadınlarını bayram münasibətilə təbrik edərək onlara xoş günlər arzu ediblər. Fəal oxucular Anaya, qadına həsr olunmuş şeirlər söyləyiblər.