Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Regional Mədəniyyət İdarəsi növbəti onlayn müşavirə keçirib

13.04.2020

Ağstafa Regional Mədəniyyət İdarəsi növbəti onlayn müşavirə keçirib. Regional İdarənin rayonlar üzrə nümayəndələri və əhatə etdiyi müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə idarə rəisi Vüqar Qədirov musiqi məktəblərində distant dərslərin keyfiyyətinin artırılması, onlayn konsertlərin təşkil olunması, virtual müsabiqələrin təşkil olunması və bir sıra məsələlərdən danışıb. Müşavirədə həmçinin, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığın zəruriliyi, paylaşımlarda aktivlik göstərilməsinin vacibliyi vurğulanıb.