Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi MİHİ Qazax rayon Komitəsi ilə birgə”Siz həmişə bizimləsiz” adlı xeyirxah kampaniyada iştirak edib

16.04.2020

16 aprel 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi MİHİ Qazax rayon Komitəsi ilə birgə koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar "Siz həmişə bizimləsiz" adlı növbəti xeyirxah kampaniyada iştirak edib. Kitabxananın əməkdaşları 67 yaşlı Qazax şəhər sakini, uzun illər Mərkəzi kitabxanada kitabxanaçı vəzifəsində işləmiş, tənha yaşayan təqaüdçü Nəsibova Alisə Fərhad qızına baş çəkərək ona müxtəlif ərzaq məhsullarını təqdim ediblər.