Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

AĞSTAFADA MƏDƏNİYYƏT İŞÇİSİNDƏN MARAQLI TƏŞƏBBÜS

16.04.2020

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Yaradullu kənd klubunun əməkdaşı Turanə Orucovanın təşkilatçılığı ilə onlayn konsert proqramı  baş tutub. Mədəniyyət işçilərinə təqdim olunan konsert proqramında Turanə Orucovadan başqa həmçinin, Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin xor müəllimi Nigar Mehdiyeva və uşaqlar iştirak ediblər. Konsert proqramında səslənən zəngin və maraqlı repertuar, bəstəkar mahnıları, uşaqların solo ifaları, fortepianoda ifa olunan əsərlər izləyənlərə maraqlı anlar bəxş edib.

Konsertin sonunda tamaşaçılar öz alqışları ilə iştirakçılara təşəkkür ediblər.