Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada mədəniyyət işçiləri tərəfindən aztəminatlı ailələrə növbəti ərzaq yardımı

25.04.2020

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən yaşı 65-dən yuxarı olan şəxslərə, tənhalara, ahıl vətəndaşlara, imtiyazlı və aztəminatlı ailələrə davamlı olaraq ərzaq yardımları göstərilir.

Bu gün Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları ümumilikdə 8 ailə olmaqla, yaşı 65-dən yuxarı olan tənha şəxslərə, imtiyazlı və aztəminatlı ailələrə baş çəkərək onlara ərzaq bağlamaları paylayıblar və sağlamlıqlarının qorunması üçün evdə qalmalarını və gigiyena qaydalarına ciddi əməl etmələrini tövsiyə ediblər.

Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Ağstafa Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.