07.06.2020
Ağstafa rayon Heydər Əliyev Mərkəzi 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə əlaqədar olaraq gənclər arasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Ən yaxşı təqdimat" onlayn inşa-yazı müsabiqəsi elan edib.
Müsabiqəyə qatılanlar inşaları "Müasir Azərbaycanın xilaskarı və memarı-dahi şəxsiyyət Heydər Əliyev" haqqında yazmalıdırlar.
Qeyd edək ki, müsabiqədə 5-11 -ci sinif şagirdləri iştirak edə bilərlər. Yazı qəbulu 6 iyun tarixindən-13 iyun 2020-ci il tarixinədək qəbul edilir.
Müsabiqənin qalibləri münsiflər heyətinin seçimi əsasında müəyyən olunacaq və adları iyunun 13-də açıqlanacaq. Müsabiqənin qalibləri Ağstafa rayon Heydər Əliyev Mərkəzi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunacaqlar.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar hazırda Ağstafa rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti müasir informasiya texnologiyalarından geniş istifadə etməklə onlayn qaydada tənzimlənir.