08.06.2020
Ağstafa rayon Heydər Əliyev Mərkəzi və Ombudsman Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən elan olunmuş 18 may-18 iyun insan hüquqları aylığı çərçivəsində qərb bölgəsi üzrə 08 iyun 2020-ci il tarixində Ağstafa rayon Gənclər İdman İdarəsi, Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisə rəhbərlərinin və Qazax,Tovuz rayon Heydər Əliyev mərkəzlərinin iştirakı ilə “Uşaq hüquqlarının müdafiəsi”, ”Qanunvericilik və təcrübə” mövzusunda onlayn videokonfrans keçirildi.
Tədbirdə Ombudsman Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov geniş məruzə ilə çıxış edərək mövzunun mahiyyətindən, bu istiqamətdə görülən işlərdən danışdı. Daha sonra Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa rayon Gənclər İdman İdarəsinin rəisi Feyruz Həsənov, Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova və Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova mövzu ətrafında çıxış etdilər. Tədbirdə həmçinin, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aygün Əyyubovanın və başqalarının sualları cavablandırıldı.