Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə ”Gənclərin vətənpərvətlik tərbiyəsi günümüzün vacib məsələsidir” mövzusunda geniş vidokonfrans keçirildi

18.07.2020

17 iyul 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon üzrə mədəniyyət müəssisələri - Tovuz rayon Heydər Əliyev Mərkəzi,Tovuz rayon MKS,Tovuz rayon Mədəniyyət Mərkəzi,Tovuz rayon Aşıq Sənəti Dövlət Muzeyi və Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "Gənclərin vətənpərvətlik tərbiyəsi günümüzün vacib məsələsidir" mövzusunda geniş vidokonfrans keçirildi.

Konfransı giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova açaraq Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar hər kəsi təmkinli olmağa, hisslərimizin və emosiyalarımızın tuğyan elədiyi bir məqamda sapı bizdən olan xainlərə, təxribatçılarə, ipləri digərlərinin əlində olan fürsətçilərə ara qarışdıqmaq üçün bu fürsəti verməməyə səslədi.
Daha sonra Tovuz Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımov çıxış edərək qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında bəyan etdiyi kimi Ermənistanın hər dəfə təxribatlarının qarşısı qətiyyətlə alınır və erməni terrorçularına daha ağır adekvat cavab veriləcək. “Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.
Ali Baş Komandanın bu qətiyyəti və Onun sarsılmaz iradəsi Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunu artırır, düşmənə qarşı mübarizlik rəşadətini gücləndirir, bu şərəfli mübarizədə Prezidentin ətrafında sıx birləməyə səfərbər edir.
Sonra Tovuz MKS-in direktoru Güldərən İbrahimova mövzu ətrafinda geniş çıxış edərək 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşandığını bildirərək, Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstək olduğunu qeyd etdi.
Sonda Tovuz rayon Aşıq Sənəti Dövlət Muzeyinin direktoru Gülbəniz Cəfərova da Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın sosial mediadakı çıxışılarından, xalqımızın milli-hərbi mübarizlik gücündən danışdı.
Sonda videokonfrans mövzu ətrafında geniş müzakirələrlə sonlandı.