Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Heydər Əliyev Mərkəzi Respublikanın müxtəlif bolgələrindən olan gənclərlə ”Bir olaq,Azərbaycanlı olaq” mövzusunda maarifləndirici videokonfrans təşkil etdi

19.07.2020

19 iyul 2020-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzi Respublikanın müxtəlif bolgələrindən olan gənclərlə "Bir olaq,Azərbaycanlı olaq" mövzusunda maarifləndirici videokonfrans təşkil etdi.
Videokonfransda xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Humay Aslanova davam edən silsilə tədbirlərdə,insanlar eləcədə yeni nəslin, gənclər arasında ,məktəblilər arasında hərbi vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması işinin ən yüksək səviyyəyə çatdırılmasında Tovuz rayon Heydər Əliyev Mərkəzinin fəaliyyətinin mühüm aspektlərindən danışıb və görülən işlər barədə regionlardan olan gənclərə məlumat verib.Daha sonra Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhəddinin Tovuz istiqamətində törətdiyi son təxribatlarından geniş şəkildə danışmış və təxribatlar ilə əlaqədar hər kəsi təmkinli olmağa səsləmışdir.Gənclər bu mövzularda cox həssasdırlar və mövzu ətrafinda cox aktivlik numayiş etdirdilər.