19.07.2020
Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzi Gənclərlə və Qarabağ Qaziləri ilə birgə "Gənclərə hərbi vətənpərvərlik hisslərinin aşılanması bizim əsas məqsədimizdir" mövzusunda videokonfrans təşkil etmişdir. Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova açaraq Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən,dövlət sərhəddinin Tovuz istiqamətində törətdiyi son təxribatlardan geniş şəkildə söhbət açaraq Ali Baş Komandanın qətiyyəti və sarsılmaz iradəsi gənclərdə milli vətənpərvərlik ruhunu artırır,düşmənə qarşı mübarizlik rəşadətini gücləndirir deyə bildirdi.
Fəal Gənc Aydan İbrahimova bütün gənclər adından bu cür mövzularin biz gənclərə aşılanmasinin vacibliyini vurğulayaraq çıxış etdi.
Qarabağ müharibəsi qazisi Anar Məmmədov tədbirdə mövzu ilə bağlı tam geniş şəkildə çıxış etdi. Daha sonra mövzu etrafinda gənclərin verdiyi suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırıldı.