23.07.2020
22 iyul 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Tovuz rayon mədəniyyət müəssisələrinin iştirakı ilə "Cəbhə bölgəsində gedən döyüşlərdə insanlarda ruh yüksəkliyinin yüksəldilməsi,insanlarda stresin aradan qaldırılması ilə bağlı" təlim keçirildi. Heydər Əliyev Mərkəzi tərəfindən konfransa Tovuz Gənclər Evinin psixoloqu Nigar Rüstəmova dəvət edilmişdir. Təlimin spikeri Mərkəzin direktoru Humay Aslanova cəbhədə baş verənlərlə bağlı danışaraq ordumuzun gücündən ,qüdrətli Azərbaycanımızdan və bu günki Azərbaycanın beynəlxalq müstəvidəki böyük nüfuzundan danışmışdır. Daha sonra təlim iki saatlıq sual cavablarla davam etdirildi. Təlimdə Tovuz rayon Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımov mövzu ilə bağlı yüksək fəallıq göstərmişdir.