19.08.2020
19 avqust 2020-ci il tarixində Azərbaycan Dövlət Rəsm Qalereyasının "Elmi araşdırma və innovasiya" şöbəsinin böyük elmi işçisi, sənətşünas Vaqif Muğallı ilə Qazax Dövlət Rəsm Qalereyasının onlayn görüşü həyata keçirildi. Görüşdə Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşları və dərnək üzvləri iştirak etdilər. Onlayn söhbətin əsas mövzusu "Ümumi incəsənət anlayışı və müasir Azərbaycan rəssamlığı" olmuşdur.
Vagif Muğallı çıxış edərək, ümumi incəsənət və müasir Azərbaycan rəssamlığı haqqında danışaraq son 100 illikdəki rəssamlıq sənətinin inkişaf mərhələləri və görkəmli nümayəndələrindən söz açmışdır. Müzakirə formatında keçən görüşdə daha sonra sənətşünas, Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşlarına və dərnək üzvlərinə öz tövsiyələrini vermişdir.