20.08.2020
19 avqust 2020- ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qazaxbəyli kənd kitabxana filialı oxu zalında Diyarşünaslıq klubu ilə birlikdə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin doğum günü münasibətilə “Lirikamızın kamil və rəngarəng sənətkarı” adlı görüş keçirib. Tədbirdə şair, publisist Zaməddin Ziyadoğlu Həmişəyev, Mirvarid Dilbazi məclisinin sədr müavini, gənc şairə Nuranə Təbriz, mədəniyyət işçilərindən bir qrup olmaqla 8 nəfər iştirak edib.
Öncə Nuranə Təbriz çıxış edərək M. Dilbazinin yaradıcılığı haqqında məlumat verib. Zaməddin Ziyadoğlu şairə ilə xatirələrindən tədbir iştirakçılarına danışaraq, ona həsr etdiyi şeiri söyləyib. Həmçinin, Zaməddin Ziyadoğlu müəllifi olduğu “Həncərisən” kitabını kitabxanaya hədiyyə edib.
Kitabxana filialın müdiri Sevinc Alməmmədova, Diyarşünaslıq klubunun müdiri Salmanova Mehparə, kitabxananın əməkdaşı Yusifova Təranə çıxışlarında qeyd ediblər ki, Mirvarid Dilbazi yaradıcılığı yaşayır və yaşayacaqdır. Sonda fəal oxucular şairənin şeirlərini söyləyiblər.