Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa və Masallı rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə ”Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda onlayn videokonfrans keçirilib

14.09.2020

14 sentyabr 2020-ci il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzi və Masallı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda onlayn videokonfrans keçirilib. Videokonfransda hər iki mərkəzin əməkdaşları iştirak edib.

Videokonfransda çıxış edən Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova tədbir iştirakçılarını salamlamış və Masallı rayon Heydər Əliyev Mərkəzi ilə birgə əməkdaşlıqdan şad olduğunu bidirib. Sonra mövzu ətrafında çıxış edərək bildirib ki, Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin təhsil sahəsinə diqqət və qayğısı əvəzsiz olub.

Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar.

Görkəmli dövlət xadimi Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib.

Videokonfransda çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qeyd edib ki, dahi rəhbər Heydər Əliyev təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalayıb. Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verməkdədir.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.