Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Həsənsu kənd mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə 15 sentyabr Bilik Günü münasibətilə onlayn tədbir təşkil edildi

14.09.2020

14 sentyabr 2020-ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd Folklor klubu filialı və Ağstafa MKS-nin Həsənsu kənd 2 saylı kitabxana filialının əməkdaşları 15 sentyabr Bilik Günü münasibətilə onlayn tədbir təşkil etdi. Tədbirdə Ağstafa rayonu Alı Mustafayev adına Həsənsu kənd tam orta məktəbin şagirdləri iştirak etdilər. Tədbir təşkilatçıları bütün müəllim və şagirdləri təbrik edərək yeni tədris ilində onlara uğurlar arzuladılar.