Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax, Beyləqan, Qəbələ və Şəmkir rayon Heydər Əliyev Mərkəzlərinin və GİKM Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və neft strategiyası” mövzusunda videokonfrans keçirilmişdir

15.09.2020

15 sentyabr 2020- ci il tarixdə Qazax Rayon Heydər Əliyev Mərkəzi, Beyləqan Heydər Əliyev Mərkəzi, Qəbələ Heydər Əliyev Mərkəzi və Şəmkir Heydər Əliyev Mərkəzlərinin və GİKM Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və neft strategiyası” mövzusunda videokonfrans keçirilmişdir. Konfransda Beyləqan Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova, Qəbələ Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Maisə Məmmədova, Mərkəzlərin əməkdaşları və GİKM Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov və fəal gənclər, könüllülər iştirak etmişdirlər.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək videokonfrans iştirakçılarını salamlamış və Bilik günü münasibətilə təbrik etmiş və mövzu ətrafında geniş çıxış etmişdir. Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Maisə Məmmədova, Qəbələ Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova,Mərkəzin elmi işçisi Aygün Məmmədova, Beyləqan Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova, GİKM Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, gənclər- Fədail Paşayev, Pəri İbrahimova çıxış etmiş və bildirmişlər ki, “Əsrin müqviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Çətin siyasi və iqtisadi şəraitdə imzalanan bu müqavilə Azərbaycanın iqtisadi inkişafının təməlini qoydu. Sonradan bu müqavilə dünyanın 19 ölkəsindən 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanmasına yol açdı. Əsrin müqaviləsi həm karbohidrogen yataqlarının miqdarına, həm də sərmayə həcminə görə dünyada bağlanan ən iri sazişlərdəndir.