Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Daş Salahlı kənd mədəniyyət müəssisələri fəal oxucuların və dərnək üzvlərinin iştirakı ilə onlayn tədbir keçirdi

15.09.2020

15 Sentyabr 2020-ci il tarixində Qazax rayon Daş Salahlı kənd mədəniyyət müəssisələri fəal oxucuların və dərnək üzvlərinin iştirakı ilə 15 Sentyabr - Bilik günü münasibəti ilə "Təhsilimiz - gələcəyimizdir" adlı onlayn tədbir keçirdi. Daş Salahlı kənd Sənətkarlıq evinin müdiri Natəvan Mustafayeva, 1 saylı kitabxana filialının əməkdaşı Hicranə Məmmədova və 1 saylı Sənətkarlıq klubunun əməkdaşı Könül Hacıyeva öz təbriklərini çatdırdılar.

Tədbir uşaqların şeir ifaları ilə davam etdirildi.