07.03.2018
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Ağstafa şəhəri “Yazıçılar Evi” ndə geniş bayram tədbiri təşkil olundu. Bayram tədbirində Ağstafa rayon İcra hakimiyyətinin məsul işçiləri, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimyiətinin nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan İcra başçısı ilk öncə qadınları səmimi qəlbdən təbrik etdi, onlara can sağlığı və fəaliyyətlərində uğurlar arzu etdi.
Tədbirdə həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınları rayon İcra hakimiyyətinin “Fəxri Fərman”ları və qiymətli hədiyyələrlə təltif olunmuşdur. Öz növbəsində təltif olunan ağstafalı xanımlar ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər.
Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin ifasında geniş konsert proqramı ilə davam etdirildi.