Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz,Qazax və Ağstafa şəhər Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə ”Qarabağ Azərbaycandır!” mövzusunda videokonfrans keçirildi

18.11.2020

18 noyabr 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz,Qazax və Ağstafa şəhər Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır!" mövzusunda videokonfrans keçirildi. Konfransda Heydər Əliyev Mərkəzlərinin əməkdaşları və gənc fəallar iştirak etdi.

Videokonfransda çıxış edən Ağstafa şəhər Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova Qələbə ruhlu tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq, qeyd etdi ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda cənab Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qazanılan böyük Qələbə dünyada geniş əks-səda doğurmuşdur. Həmin Qələbə Azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu Qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Dünya gördü ki, məğlubiyyətlə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etdi.

Qazax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova xalqımıza sevinc bəxş edən həmin günlərdən danışaraq bildirdi ki, Şuşanın azad olunması və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlər etmişdir. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.

Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi.

Daha sonra Tovuz şəhər Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova bildirdi ki, bu qələbəni şəhidlərimizin tökülən qanları, ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın siyasi iradəsi və komandanlığı nəticəsində qazanmışıq. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə qeyd etdiyi kimi Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətininin yaradılmasına icazə vermədi və ərazi bütövlüyümüzü bərpa etdi. 30 ildir ayrı düşdüyümüz doğma yurdumuza qayıtdıq. Bir milyondan çox qaçqın və məcburi köçkünün təməl hüquq və azadlıqları bərpa olundu. Bunlara görə şəhidlərimizə, Azərbaycan ordusuna və cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm!

İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan Ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazandiq. Nəsillərdən bizə miras qalan ən ülvi hisslərimizlə qələbə dəyərlərini gələcək nəsillərə daşıdiq”.

Tədbirdə həmçinin, digər iştirakçılar, təlimçi-spiker Aydan İbrahimova və başqaları çıxış etdi.