Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Zəfərin mübarək, Azərbaycan!” adlı videokonfrans keçirib

23.11.2020

21 noyabr 2020–ci il tarixdə Ağstafa Regional Mədəniyyət idarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Müzəffər Ordumuzun erməni işğalçıları üzərində qələbəsinə həsr olnmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı videokonfrans keçirib.
Tədbirdə MKS –nin direktoru, kitabxana əməkdaşları və fəal oxuculardan bir qrup iştirak edib.

MKS –nin direktoru Solmaz Babanlı İkinci Qarabağ müharibəsində başda Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla rəşadətli ordumuzun və yenilməz xalqımızın birliyi sayəsində qazanılan uğurlu qələbəmizdən danışıb. ​
İnformasiya-Resus şöbəsinin müdiri Sevil Cəfərova, operator Könül Əsgərova, Hüseynbəyli kənd kitabxana filialın müdiri Gülşən Hadiyeva çıxışlarında​ üçrəngli Bayrağımızın azad edilən​ Vətən torpağının ən uca zirvələrində şərəflə dalğalandığını qeyd ediblər.

Tədbirdə Gülşən Hadiyeva Rasim Zəkanın “Mənim torpağımda düşmən nə gəzir”, fəal oxuculardan Yaşılov Telman, Yaşılov Tanrıverdi Zəlimxan Yaqubun “Ordun varsa, yurdum var”, Qasımova Aysel Mirvari Verdiyevanın “Bizim Vətəndir”, Qasımov İlkin Zəlimxan Yaqubun “Ağdam Qarabağın toy otağıdır” adlı şeirlərini söyləyiblər.

Tədbir zamanı həmçinin, Könül Əsgərovanın hazırladığı “Azərbaycana Qələbə yaraşır” adlı videoçarxı nümayiş olunub.