Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Mks- nin kollektivi ”İnsan alverinə yox deyək” mövzusunda videokonfrans keçirdi

17.12.2020

17 dekabr 2020 -ci il tarixində Ağstafa Mks- nin kollektivi "İnsan alverinə yox deyək" mövzusunda videokonfrans keçirdi. Konfransı giriş sözü ilə Mks- nin direktoru Solmaz Nağıyeva açaraq mövzu haqqında məlumat verdi. Bildirildi ki, insan alveri insan hüquqlarının ciddi pozun tusu və cinayatin ağır formalarından biridir. O, bir-birilə qarşılıqlı əlaqəli olan iqtisadi, sosial, mədəni, siyasi və şəxsi amillərin doğurduğu mürəkkəb bir hadisədir. Bunlar, ilk növbədə, yoxsulluğa qarşı zəiflik, demokratik mədəniyyətlərin olmaması, gender bərabərsizliyi və qadınlara qarşı zorakılıq, münaqişə və münaqişədan sonrakı vəziyyətlar, sosial inteqra siyanın olmaması, imkan ların, məşğulluğun, təhsilə çıxış imkanının olmaması, uşaq əməyi və ayrıseçkilikdan irəli gəlir.

Tatlı kənd kitabxananın müdiri Əliyeva Gülnarə ,Düzqışlaq kənd kitabxana filialın müdiri Sevil Niyazlı ,Aşağı Göycəli kənd kitabxana filialın multimedia resursları üzrə mütəxəssisi Mahmudova Nigar mövzu haqqında ətraflı cıxış etdilər ,eyni zamanda hazırladıqları videoçarxları nümayiş etdirdilər.