Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax, Ağstafa, Tovuz Rayon Heydər Əliyev Mərkəzlərinin və Qazax Tarix- Diyarşünaslıq Muzeyinin birgə iştirakı ilə “İnsan alveri ciddi qanun pozuntusudur” mövzusunda onlayn vebinar keçirilmişdir

17.12.2020

17 dekabr 2020- ci il tarixdə Qazax, Ağstafa, Tovuz Rayon Heydər Əliyev Mərkəzlərinin  və Qazax Tarix- Diyarşünaslıq Muzeyinin birgə  iştirakı ilə “İnsan alveri ciddi qanun pozuntusudur” mövzusunda onlayn vebinar keçirilmişdir. Vebinarı Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman  Cəlilova açmış və bildirmişdir ki,  Zor tətbiq etməklə,  hədə- qorxu və ya  digər məcburetmə vasitələri ilə oğurlama, dələduzluq, aldatma yolu ilə təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui- istifadə etməklə, şəxsin istismar edilməsi məqsədilə cəlb edilməsi, əldə edilməsi,  saxlanması, gizlədilməsi, daşınması insan alveri kimi qəbul edilir.İnsan alveri elə bir qlobal problemdir ki, burada dövlət təkbaşına mübarizə apara bilməz. Ona görə də digər beynəlxalq təşkilatlarla əməkdaşlıq labüddür.
Daha sonra Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış etmiş və qeyd etmişdir ki, insan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. İstismar məqsədilə insan alveri o cümlədən insanların satın alınması və  ya satılması, oğurlanması, girov götürülməsi bu məqsədə xidmət edən bu və ya digər cinayətlər nəzərdə tutulur.Bunlar ilk növbədə yoxsulluğa qarşı zəiflik, demokratik mədəniyyətlərin olmaması, gender bərabərsizliyi  və qadınlara qarşı zorakılıq, sosial inteqrasiyanın olmaması, imkanların, məşğulluğun, təhsilə çıxış imkanının olmaması, uşaq əməyi və ayrıseçkilikdən irəli gəlir.
Sonra  Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alışanova, Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova çıxış edərək insan alverinə qarşı mübarizədə əsasən gənclər arasında təbliğat işlərinin  genişləndirilməsini vurğulamışlar və bildirmişlər ki, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 28 iyun 2005- ci il tarixdə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun qəbul edilmişdir. Bu qanunla  vətəndaşların bu kimi qanunsuzluqlarla üzləşməmələri qanuni və hüquqi şəkildə tənzimlənir.