Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə ”Azərbaycan dövləti gənclərin işıqlı gələcəyini təmin edir” başlıqlı videokonfrans keçirildi

21.12.2020

21 dekabr 2020-ci il tarixində Ağstafa rayon Tarix-Diyarşünaslıq muzeyi, Ağstafa rayon Hüseyn Arif ev muzeyi, Tovuz rayon Tarix-Diyarşünaslıq muzeyi və Ağstafa rayon 1 saylı folklor klubunun birgə təşkilatçılığı ilə "Azərbaycan dövləti gənclərin işıqlı gələcəyini təmin edir" başlıqlı videokonfrans keçirildi.

Orta məktəb şagirdləri və tələbələrin də iştirak etdiyi konfransda ilk öncə Ağstafa rayon Hüseyn Arif ev muzeyinin əməkdaşı Günay Məmmədli dövlətimizin gənclərə göstərdiyi hərtərəfli diqqət qayğıdan bəhs etdi. Daha sonra Ağstafa rayon 1 saylı folklor klubunun əməkdaşı Arzu Nəsibova Azərbaycan Respublikası Prezidentinin  Azərbaycan gəncləri haqqında söylədiyi dəyərli fikirləri tədbir iştirakçıkarının nəzərinə çatdırdı. Həmçinin bu il tələbə adını qazanmış Kənan Rəhimov və Məhəmməd Əhmədovun çıxışları tədbirə rəng qatdı. Bununla yanaşı Tovuz rayon Tarix Diyarşünaslıq və Ağstafa rayon Tarix Diyarşünaslıq muzeylərinin əməkdaşları gənclərin asudə vaxtının səmərəli təşkili mövzusunda çıxışlar etdilər.