Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Mədəniyyət Mərkəzinin direktorları ​ Ağköynək və Qarapapaq kənd mədəniyyət işçiləri ilə birlikdə Şəhid Elməddin Yusif oğlu Nəsibovun ailəsini və məzarını​ ziyarət ediblər

24.12.2020

23 dekabr 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Mədəniyyət Mərkəzinin direktorları Ağköynək və Qarapapaq kənd mədəniyyət işçiləri ilə birlikdə Ağköynək kənd sakini, II Qarabağ müharibəsində Şəhid olmuş ​ Elməddin Yusif oğlu Nəsibovun ailəsini və məzarını ​ ziyarət ediblər.
Elməddin Nəsibov 27 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Alxanbəyli kəndində qəhrəmancasına Şəhid olmuşdur. 29 oktyabr 2020-ci il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbirstanlığında dəfn olunmuşdur.
Allah bütün Şəhidlərimizə rəhmət etsin!