Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon MKS “20 Yanvar - Azadlığa gedən yol” mövzusunda onlayn tədbir keçirdi

19.01.2021

19 yanvar 2021-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 20 Yanvar faciəsinin 31-ci il dönümü ilə əlaqədar olaraq “20 Yanvar - Azadlığa gedən yol” mövzusunda onlayn tədbir keçirdi. Tədbiri MKS-nin direktoru Güldərən İbrahimova açaraq bildirdi ki, 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş çox dəhşətli bir əməldir. 1990-cı il 20 Yanvar yalnız hüzn deyil , həmdə qürur günü kimi əsrlər boyu yaddaşlarda qalacaqdır. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu qarşısında baş əyirik.

Tədbirdə fəal oxuculardan E.Rəhimli, N.Əhmədov, A. Məmmədova, R.Alıyeva, R.Priyev və N.Əliyevanın ifasında Bəxtiyar Vahabzadənin ”Şəhidlər”, Ülvi Bünyadzadənin “Vətən üçün ölməliyik”, M.Aslanın "Ağla qərənfil, ağla", R.Həsənlinin “Od vurub qəlbimə 20 Yanvar" şeirləri səsləndi.