16.03.2018
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 16 mart 2018-ci il tarixdə Qazax rayon Olimpiya İdman Kompleksinin qarşısında Azərbaycan xalqının milli bayramı olan Novruz şənliyi keçirilib. Şəhər bayramsayağı bəzədilib.
Saat 11 :00-da rayonun rəhbər işçiləri və şəhərimizin qonaqları “Qala” qapısına daxil olub. Girişdə onları Bahar qız onları qarşilayıb və Novruz bayramı münasibəti ilə onları təbrik edib. Bayram tonqalnının alovlanması ilə bayram mərasiminin başlanmasına start verilib. Kosa və Keçəlin iştirakı ilə məzəli səhnəciklər nümayiş etdirilib, qonaqlarla yumurta döyüşdürülüb.
Qazax şəhər Mədəniyyət Mərkəzi, 1 və 2 saylı Uşaq musiqi məktəbləri, Qazax MKS-inin, muzeylərin işçiləri, rayon əhalisi tədbirdə fəal iştirak ediblər. Mədəniyyət Mərkəzinin “Göyəzən” instrumental, “Aşıqlar və Zurnaçılar” ansamblının, bədii özfəaliyyət üzvlərinin bir- birindən maraqlı çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbir keçiriləcək yerin mərkəzində Aşağı Salahlı və Orta Salahlı kənd Diyarşünaslıq evlərinin, Yuxarı Salahlı kənd Folklor evinin qurduqları alaçıqda hər bir kəndin adət-ənənəsinə məxsus məişət əşyaları nümayiş etdirilib. Kompleksin zalında Azərbaycan incəsənət ustalarının rəngarəng ifaları ilə tədbir başa çatıb.