19.03.2018
19 mart 2018-ci il tarixdə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsini təşkilatçılığı ilə Ağstafa rayonunda Musiqi Mərkəzinin qarşısında Azərbaycan xalqının milli bayramı olan Novruz şənliyi keçirildi. Şəhər bayramsayağı bəzədilib.
Saat 10 :00-da rayonun rəhbər işçiləri və şəhərimizin qonaqları tədbirə daxil oldular. Girişdə onları Bahar qız və “Dastan”aşıqlar ansamblın üzvləri qarşilayaraq Novruz bayramı münasibəti ilə təbrik etdilər. Bayram tonqalnının alovlanması ilə bayram mərasiminin başlanmasına start verildi. Kosa və Keçəlin iştirakı ilə məzəli səhnəciklər nümayiş etdirildi, qonaqlarla yumurta döyüşdürüldü.
Ağstafa şəhər Mədəniyyət Mərkəzi, Musiqi Mərkəzinin, Ağstafa MKS-inin, muzeylərin işçiləri, rayon əhalisi tədbirdə fəal iştirak etdilər. Mədəniyyət Mərkəzinin “Oğuz tayfa ” instrumental, ansamblının, bədii özfəaliyyət üzvlərinin bir- birindən maraqlı çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbir keçiriləcək yerin mərkəzində Keşikçi dağ qoruğunun və Mədəniyyət Mərkəzinin qurduqları alaçıqda hər bir kəndin adət-ənənəsinə məxsus məişət əşyaları nümayiş etdirildi. Musiqi məktəbinin zalında bədii özfəaliiyət üzvlərinin və Musiqi Mərkəzinin müəllim və istedadlı şagirdlərinin rəngarəng ifaları ilə tədbir başa çatdırıldı.