Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sərhəd bölgəsində fəaliyyət göstərən Bala Cəfərli kənd kitabxana filialı Novruz Bayramına həsr olunmuş “Ellərə Novruz gəlir” adlı şənlik keçirib.

20.03.2018

 

Sərhəd bölgəsində fəaliyyət göstərən Bala Cəfərli kənd kitabxana filialı 20 mart 2018-ci il tarixdə saat 15:00-da Alpout kəndinin  ərazisində  yerləşən “N” saylı hərbi hissədə Novruz Bayramına həsr olunmuş “Ellərə Novruz gəlir” adlı şənlik keçirib. Tədbirdə “N” saylı hərbi hissənin zabit və əsgər heyyətindən bir qrup  iştirak edib.

Tədbiri kitabxana filialın böyük kitabxanaçısı Ceyhun Rəhimov açaraq iştirakçılara bildirib ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
         Hərbi hissənin komandiri kapitan Rüfət Əhmədov iştirakçıları bayram münasibətilə təbrik edib.

Hərbi hissəyə hədiyyə olunan səməni və bayram xonçaları iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Tədbir bayram tonqalı ətrafında davam etdirilib.