30.03.2018
30 mart 2018-ci il tarixdə saat 09:30-da Mədəniyyət Mərkəzinin qarşısında E. Hüseynov adına Mərkəzi Kitabxana 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” və Qazax rayonunun Bağanıs Ayrım kəndinin işğalına həsr olunmuş “Bağanıs Ayrım harayları” mövzusunda səyyar kitabxana xidməti təşkil edib. Gün ərzində keçirilən səyyar kitabxana xidmətində erməni soyqırımına həsr edilmiş kitablar və dövri mətbuat nümayiş etdirilərək oxucuların istifadəsinə verilib. Kitabxanaçılar sərgiyə maraq göstərən oxuculara ermənilərin ölkəmizdə, eləcə də Bağanıs Ayrım kəndində törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat veriblər. Sərgi ilə tanış olan oxucuların bir qismi kitabxanaya üzv yazılıb.