Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bəşəri Cinayət”

30.03.2018

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 30.03.2018-ci il tarixdə  Qazax rayon Tarix Diyarşünaslıq  Muzeyində 31 Mart  Azərbaycanlıların Soyqırımının 100-cü ildönümünə həsr olunmuş "Bəşəri Cinayət" adlı tədbir keçirilib. Tədbirdə mədəniyyət müəssisələrinin işçiləri Xanlıqlar kənd tam orta məktəbin müəllim və şagirdləri, Orta Salahlı kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak edib. Tədbir muzeyin konfrans zalında keçirildi. Tədbiri muzeyin direktoru G.Alişanova  açaraq qeyd etdi ki, Erməni millətçilərinin  xalqımıza qarşı həyata keçirdiyi soyqırımı və təcavüzkar siyasətinin iki yüz ilə yaxın tarixi olduğu bildirilib. Azərbaycan xalqının başına gətirilən soyqırım faktlarına yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra siyasi -hüquqi qiymət verildiyi xüsusi vurğulanıb, kütləvi qırğın aktlarının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəldiyini və bəşər tarixində qara ləkə olduğu çatdırılıb. Tədbirdə Orta Salahlı kənd tam orta məktəbin direktoru tarix müəllimi Afiq Məmmədov çıxış edərək bildirdi ki, xalqımızın məruz qaldığı faciələrin dünya ictimaiyyətinə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyev tərəfindən məqsədyönlü iş apardığı xüsusi qeyd edilib, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunacağına, problemin beynəlxalq hüquqi normalar çərçivəsində sülh yolu ilə ədalətli həllinə əminlik bildirilib. Sonda tədbir iştirakçılarına soyqırımla bağlı filmə baxış oldu. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Foto-stendə baxış keçirildi.