Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“31 mart Azərbaycanlıların Soyqırımı Günü” Ağstafa rayonunda qeyd olundu

31.03.2018

Bu gün Ağstafa rayon Şəhidlər Xiyabanında “31 mart Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Tədbirdə Ağstafa rayon İcra hakimiyyəti aparatının məsul işçiləri, mədəniyyət işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Şəhidlər Xiyabanı ziyarət olunaraq vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub, məzarları üstünə tər qərənfillər düzülüb. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakıda, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı xüsusi qəddarlıqla həyata keçirdikləri  soyqırım əməlləri lənətlənib.