Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb

08.05.2021

7 may 2021-ci il tarixdə Ağstafa Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Regional İdarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi məktəbləri arasında üç yaş qrupu üzrə  keçirilmiş müsabiqənin qaliblərinin təltif edilməsi keçirilib. Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli  Ulu öndər Heydər Əliyevin Azərbaycan musiqi və mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən danışıb. İdarə rəisi keçirilmiş müsabiqənin istedadlı uşaqların üzə çıxmasında əhəmiyyətli rolunun olacağını xüsusi vurğulayıb. Daha sonra müsabiqədə uğur qazanan iştirakçılar diplomlarla təltif edilib. 
Tədbir müsabiqənin qaliblərinin iştirakı ilə konsert proqramı ilə davam etdirilib.

Müsabiqədə 9 ixtisas üzrə üç yaş qrupu olmaqla iştirakçılar qiymətləndirilmiş, onlardan üç yaş qrupu üzrə 27 nəfəri 1-ci yerə layiq görülmüşdür.