Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98- ci ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib

08.05.2021

7 may 2021-ci il tarixində Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və İdarənin tabeliyində fəaliyyət göstərən Qazax, Tovuz və Ağstafa Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98- ci ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib.

Tədbirdə Millət Vəkilləri Ülviyyə Ağayeva, Nizami Cəfərov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, Filologiya Elmləri doktoru professor Almaz Ülvi, YAP- ın İdarə Heyyətinin üzvü Elnarə Akimova, AMEA- nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Gülnar Səma, Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova və Tovuz Rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı həyat və siyasi fəaliyyətini əks etdirən geniş məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində misilsiz yeniliklərə imza atıb, ölkə üçün möhtəşəm layihələr həyata keçirib. Heydər Əliyev dövlətçiliyin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir. Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. 1969-cu ildən başlanan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Dahi siyasətçinin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə inkişaf öz əksini tapdı. Milli mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü, musiqi, teatr, kino, təsviri-incəsənət və digər sahələrdə nəzərə çarpacaq irəliləyişlər qeydə alındı. Onun gərgin fəaliyyəti və səyləri sayəsində ölkədə sabitlik təmin edildi, tərəqqi və həmrəyliyə nail olundu, milli dövlətçilik ənənələri bərpa edildi, sosial- iqtisadi vəziyyət yaxşılaşdı. Tədbirdə həmçinin, xalqın ümummilli liderə olan sarsılmaz inam və dəstəyinin Onun öz xalqına, millətinə, vətəninə olan sonsuz, təmənnasız, əzəmətli sevgisindən irəli gəldiyini vurğulanıb.