Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Dövlət Rəsm Qalereyasında ”Mənim həyatımın mənası Azərbaycandır” adlı rəsm müsabiqəsinə yekun vurulub

08.05.2021

07 may 2021-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Qazax Dövlət Rəsm Qalereyasında idarənin tabeliyində fəaliyyət göstərən Rəsm Qalereyaları arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Mənim həyatımın mənası Azərbaycandır" adlı rəsm müsabiqəsinə yekun vurulub.
Keçirilən müsabiqədə iki yaş - 9-12 və 13-16 yaş  qrupu üzrə I,II,III yerlər müəyyən olunub.

 
9-12 yaş qrupu üzrə 
1 yer Xasməmmədov Ruhin Ceyhun oğlu (Qazax)
2 yer Xasməmmədova Könül Ceyhun qızı (Qazax)
3 yer Tanrıverdiyeva Hicran (Tovuz)


13-16 yaş qrupu üzrə 
1 yer Quluyev Eşqin Əmir oğlu (Qazax)
2 yer Carçılı Ema Ramıl qızı (Qazax)
3 yer Zeynallı Selcan Ilqar qızı (Qazax)


Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əlinin iştirak etdiyi tədbirdə qaliblər diplom və hədiyyələrlə təltif olunub.