Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin pedaqoji kollektivi ”9 may Qələbə günüdür” adlı onlayn tədbir keçirdi

08.05.2021

08 may 2021-ci il tarixində Qazax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin pedaqoji kollektivi "9 may Qələbə  günüdür" adlı onlayn tədbir keçirdi. Tədbirdə məktəbin direktoru Çiçək Maşayeva çıxış edərək bildirdi ki, 20-ci əsrdə dünya müharibəsi illəri bəşəriyyət üçün ağır və dəhşətli dövr olub. Almaniya və İtaliyada yaranmış faşizm bütün bəşəriyyəti təhlükə altına aldı. 2ci dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində həm arxa cəbhədə qəhramanlıq göstərib. Azərbaycan diviziyalari Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb. Azərbaycan əsgər və zabitləri SSRI ordeni və medallarla təltif olunub. Faşizm üzərində qələbə Azərbaycan xalqının fəxr etdiyi qürurlandığı tarixdir.
Ulu öndər  Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 may Qələbə gününü rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi ,müharibə veteranlarına diqqət və qayğının artırılması cəmiyyət tərəfindən aktiv iştirak etmələrinə şərait yaradılmasına imkan yaratdi. Bu gün Ulu Öndər Heydər Əliyevin müharibə veteranlarına diqqət və qayğısını Prezident İlham Əliyev layiqincə davam etdirir.