Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi faşizm üzərində qələbənin 76-cı ildönümünə həsr olunmuş ”Azərbaycan xalqının qələbədə rolu” mövzusunda onlayn tədbir keçirdi

08.05.2021

08 may 2021-ci il tarixdə Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi faşizm üzərində qələbənin 76-cı ildönümünə həsr olunmuş "Azərbaycan xalqının qələbədə rolu" mövzusunda onlayn tədbir keçirdi. Tədbiri MKS-nin direktoru Güldərən İbrahimova açaraq bildirib ki, Azərbaycan faşizm üzərində tarixi qələbəyə sanballı töhfələr verib. Bu şanlı qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, bu gün Qələbənin 76 illiyinin qeyd edilməsinin əsl səbəbkarları, düşmənin məğlub edilməsində böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, başqa xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək və dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. Çünki faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının ön və arxa cəbhələrdə göstərdikləri şücaətlər danılmazdır.

Tədbirdə Qələbə gününə həsr olunmuş şeirlər səsləndirildi.