Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin təşkilatçılığı ilə E. Hüseynov adına Mərkəzi Kitabxana və filiallar 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə Böyük Vətən müharibəsi iştirakçılarının abidə və məzarları ziyarət olunub

08.05.2021

06-08 may 2021-ci il tarixlərində Qazax rayon MKS-nin təşkilatçılığı ilə E. Hüseynov adına Mərkəzi Kitabxana 9 May – Faşizm üzərində Qələbə münasibətilə Böyük Vətən müharibəsində iştirak etmiş veteranların xatirəsinə ucaldılmış abidə kompleksləri və məzarları ziyarət olunub. Mərkəzi Kitabxana və Uşaq şöbəsinin əməkdaşları Qazax şəhərində yerləşən 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına həsr olunmuş Memorial Kompleksi və Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin abidəsini oxucularla birlikdə ziyarət edib, üzərinə təzə-tər güllər düzüblər. Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin abidəsi önündə MKS-nin direktoru Solmaz Babanlı çıxışında 9 may faşizm üzərində tarixi Qələbədə Azərbaycanın fədakar, cəsarətli övladlarının qəhrəmanlıqları ilə yanaşı çox qiymətli Bakı neftinin əhmiyyətinin də danılmaz bir fakt olduğunu qeyd edib. Vurğulayıb ki, onların bu şərəfli həyatı bu günkü gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsinə çevrilib. Onlardan dərs almaqlarının nəticəsidir ki, bu gün müstəqil, azad Azərbaycan övladları öz ana torpaqlarını mənfur erməni işğalından azad edib, zəfər çalıb, üçrəngli Dövlət Bayrağımız Vətən torpaqlarında şərəflə dalğalanır. Oxuculara Xidmət şöbəsinin müdiri Bəsti Məmmədova çıxışında qeyd edib ki, Böyük Vətən Müharibəsi zamanı həlledici döyüşlərdə müsəlləh əsgər kimi silaha sarılan müharibənin qaynar nöqtələrində, vuruş meydanlarında əsl şücaət və əzmkarlıq göstərərək Simali Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçən mərd, qorxmaz igid oğul və qızlarımızın xatirəsi həmişə hörmət və ehtiramla anılır. MKS-nin kitabxana filialları Böyük Vətən Müharibəsində iştirak etmiş veteranların xatirəsinə ucaldılmış abidə komplekslərini və məzarlarını ziyarət ediblər.