31.03.2018
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 31 mart 2018-ci il tarixdə Qazax rayon 1 saylı uşaq musiqi məktəbində məktəbin müəllim və şagirdləri ilə birgə “31 mart Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar "Amansız Soyqırım" adlı ədəbi bədii kompozisiya təşkil edildi.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi daha sonra isə məktəbin direktoru Gülnarə Əliyeva 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında baş vermiş soyqırım hadisəsindən ətraflı şəkilldə məruzə etdi. Daha sonra məktəbin şagirdləri şeirlər səsləndirdilər.