Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Hüseyn Arif ev muzeyi və Ağstafa Tarix Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi

09.05.2021

9 may 2021-ci il tarixində Ağstafa rayon Hüseyn Arif ev muzeyi və Ağstafa Tarix Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş "Azərbaycanı daim zirvələrə qaldıran,öz həyatını doğma xalqına həsr edən və xalqına ləyaqətlə,sədaqətlə xidmət edən əvəzsiz şəxsiyyət -Ulu Öndər Heydər Əliyev" başlığı altında onlayn tədbir keçirildi. Tədbirdə ilk öncə Ağstafa rayon Hüseyn Arif ev muzeyinin direktor əvəzi Mahmudova Rövşanə Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan,azad Azərbaycanı yaratmaq uğrunda göstərdiyi fədakarlıqlardan, Azərbaycanı dünya miqyasında tanıtmasından söhbət açdı. Daha sonra Ağstafa Tarix Diyarşünaslıq muzeyinin elmi işçisi Qəfərova Mətanət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai siyasi, sosial-iqtisadi, elmi mədəni həyatında dönüş yaratmasından danışdı.

Tədbirə məktəblilərin Ulu Öndərə həsr olunmuş şeir ifaları ilə davam etdirildi.