Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS faşizm üzərində qələbənin 76-cı ildönümünə həsr olunmuş ”Azərbaycan Böyük Vətən Müharibəsi illərində” adlı videokonfrans keçirib

09.05.2021

9 may 2021-ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi faşizm üzərində qələbənin 76-cı ildönümünə həsr olunmuş "Azərbaycan Böyük Vətən Müharibəsi illərində" adlı videokonfrans kecirib, " Bilsin ana torpaq, eşitsin Vətən! Müsəlləh əsgərəm mən də bu gündən" adlı sərgi onlayn nümayiş olunub. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Solmaz Babanlı bildirib ki, faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın oğul və qızları misilsiz qəhrəmanlıq gostəriblər. Bu qəhrəmanlığın sayəsində 43 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə" Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Oxuculara xidmət şöbəsinin müdiri Bəsti Məmmədova, BDU-nun filologiya fakültəsinin tələbələrindən: Aysel Seyidova, Mələk Bənnayeva çıxışlarında qeyd ediblər ki, qəhrəmanlıqları ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılanların yollarını bu gün hərbiçilərimiz mərdliklə davam etdirirlər. 44 günlük Vətən Müharibəsində dəmir yumruq kimi birləşən Azərbaycan xalqının əzminin nəticəsidir ki, üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır.

Fəal oxucular Qələbəyə həsr olunmuş şeirlər söyləyiblər.