Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin pedoqoji kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98- ci ildönümü ilə əlaqədar onlayn tədbir keçirdi

10.05.2021

10 may 2021-ci il tarixində Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin pedoqoji kollektivi  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98- ci ildönümü ilə əlaqədar "Heydər Əliyev Azərbaycanın öz qədər əbədi" adlı onlayn tədbir keçirdi. Onlayn tədbirdə Qazax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin direktoru Çiçək Maşayeva çıxış edərək qeyd etmişdir ki, 10 may– ümummilli lider, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğum günüdür. Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. O, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər göstərmiş tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxmışdır.
Onlayn tədbirdə iştirak edən musiqi məktəbinin şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.