Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin pedoqoji kollektivi ”Dahi İmza” adlı onlayn tədbir keçirib

10.05.2021

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin pedoqoji kollektivi müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Dahi İmza" adlı onlayn tədbir keçirib. Tədbirdə çıxış edən məktəbin direktoru vəzifəsini icra edən Xəyal Nağıyev Ümummilli Liderin xilaskarlıq missiyasından və tarixi Qələbəyə aparan yolda misilsiz xidmətlərindən söz açıb.

Tədbir müəllimlərin mövzu ətrafında çıxışları ilə davam etdirilib.