31.03.2018
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 31 mart 2018-ci il tarixdə Ağstafa şəhər Uşaq Musiqi məktəbində “erməni vandalizmi” başlığı altında tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Əliyev Arif soyqırımla bağlı məruzə etdikdən sonra çıxış edən müəllimlər faciəyə öz münasibətlərini bildirdilər. Tədbirdə musiqi məktəbinin şagirdlərinin iştirakı ilə kompozisiya göstərildi və sonda faciəni əks etdirən video sujet nümayiş etdirildi.