02.04.2018
2 Aprel 2018-ci il saat 11:00-da Uşaq şöbəsi 2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar Nağıl otağında”Uşaqları kitabla böyüdək” adlı nağıl saatı keçirib.Tədbirdə MKS-nin direktoru Solmaz Babanlı, 2 saylı uşaq bağçasının müdiri Hicran Xəlilova, müəllimə Rəna Manafova və bağçanın böyük qrupunun uşaqları iştirak edib.Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva tədbir iştirakçılarına 2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü haqqında ətraflı məlumat verərək bildirib ki, bu günü qeyd etməkdə məqsədimiz uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir. Baş kitabxanaçısı Rahidə Kazımova uşaqlara müxtəlıif mövzularda nağıllar oxuyub.Uşaqlar Sehrli dünya,Göy qurşağı,Gülzar İbrahimovanın nağılları və başqa kitablarla tanış olublar. Sonda həmin bağçanın uşaqlarından: Paşayeva Məryəm, Əhmədov Yusif,Novruzov Elcan, Alıyeva Alin, Mehdizadə Tahir və başqaları vətən, ana, müəllim, kitab haqqında bir -birindən maraqlı şeirlər söyləyiblər.