Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mərkəzi Kitabxananın Uşaq şöbəsi Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında səyyar kitabxana xidməti təşkil edib.

04.04.2018

4 Aprel 2018-ci il saat 10:00-da E.Hüseynov adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi  Aprel döyüşlərinin ildönümünə həsr olunmuş  “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında səyyar kitabxana xidməti təşkil edib. Gün ərzində keçirilən tədbirdə rayon əhalisi, məktəblilərdən bir qrup “Aprel döyüşləri bizim şanlı qələbəmizdir”, “Vətən bizi səsləyir”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Unutma” adlı sərgilərlə  tanış olublar. Sərgidə  Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş həmyerlilərimiz: Kapitan Mühüd Qurban oğlu  Orucov, Baş Leytenant Elvin Məmməd oğlu  Namazov və Əsgər Orxan Məhəmməd oğlu Əliyevin  məktəb illəri, keçdikləri  həyat yolunu əks etdirən qəzet və   foto- şəkillər, Vətənə, şəhidlərə, soyqırıma həsr olunmuş kitablar oxucular tərəfindən maraqla qarşılanıb.