Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 saylı kitabxana filialı 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş “Uşaqları kitabla böyüdək” adlı nağıl saatı keçirib.

04.04.2018

03 aprel 2018-ci il tarixdə saat 11:00-da şəhər 2 saylı kitabxana filialı 5 saylı Körpələr evi – Uşaq bağçasında  2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş “Uşaqları kitabla böyüdək” adlı nağıl saatı keçirib. Tədbirdə Körpələr evi – Uşaq bağçasının müəllim və körpə fidanlardan bir qrup olmaqla 22 nəfər iştirak edib.

Tədbirdə  Azərbaycan və dünya uşaq ədəbiyyatından son illərdə nəşr olunan 20-dən çox kitab və jurnal sərgilənib.

Kitabxana filialın müdiri Sevda Hüseynova uşaqları salamladıqdan sonra onları  kitab bayramı münasibətilə  təbrik edib. O, öz çıxışında kitabın insan həyatında xüsusilə uşaqların inkişafında nə qədər önəm daşımağı haqqında geniş və ətraflı məlumat verib. Həmçinin qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd, uşaqların  inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq, mütaliə marağını artıqmaqdır. Müəllimə Güldanə Mustafayeva uşaqları  “Göyçək Fatimə”,“Dərsə gedən bir uşaq”, “Ayın itməsi”, “Sehirli torba”, “Tıq-tıq xanım”, “Azərbaycan xalq nağılları”, “Şəngülüm Şüngülüm, Məngülüm” kitabları ilə  tanış edib. Bu tədbir uşaqların marağına səbəb olub və onlara sevinc bəxş edib.