26.06.2021
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılmaqdadır. 25 iyun 2021-ci il tarixində 26 iyun Silahlı Qüvvələrin yaranmasının 103-cü il dönümü münasibətilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, Mədəniyyət İşçiləri Həmkarlar İttıfaqı Ağstafa rayon komitəsinin sədri Zahid Sultanov, Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva 44 günlük Vətən müharibəsində döyüşərək qazi olan Ağstafa rayon sakinləri Xəlilov Səməd Valeh oğlu, Yusifov Rafael Bayram oğlu, Gülməmmədov Elməddin Cəmil oğlu və İsmayılov Rəşad Rəşid oğlunu evlərində ziyarət etmişlər. Qazilərimizə bayram sovqatı və hədiyyələr təqdim olunmuşdur.