26.06.2021
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılmaqdadır. 26 iyun 2021-ci il tarixində Silahlı Qüvvələrin yaranmasının 103-cü il dönümü münasibətilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, idarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Tovuz rayon komitəsinin sədri Asif Qasımov 44 günlük Vətən müharibəsində döyüşərək qazi olan Tovuz rayon Yuxarı öysüzlü kənd sakini Həsənov Vəli İlham oğlunu, Əsrik Cırdaxan kənd sakini İbrahimov Elşən Məhəmməd oğlunu evlərində ziyarət etmişlər. Qazilərimizə bayram sovqatı və hədiyyələr təqdim olunmuşdur.
Sonda qazilərlə xatirə şəkilləri çəkdirilmişdir.