Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

şəhər 2 saylı kitabxana filialı Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Bitməyən savaşın qəhrəmanları” adlı anım tədbiri keçirib.

04.04.2018

04 aprel 2018-ci il tarixdə şəhər 2 saylı kitabxana filialı Aprel döyüşlərinin ildönümünə  həsr olunmuş “Bitməyən savaşın qəhrəmanları”  adlı anım tədbiri keçirib. Tədbirdə şəhər 2 saylı Diyarşünaslıq klubunun işçiləri və fəal oxuculardan ibarət olmaqla 18 nəfər iştirak edib.

Aprel şəhidlərinin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxana filialın müdiri Sevda Hüseynova  tədbiri açaraq iştirakçılara aprel ayında erməni işğalçıları ilə döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlu haqqında geniş məlumat verib. Bildirib ki,  Vətən sevgisi, doğma el-obasına olan sonsuz məhəbbət hissi onları ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucaltmışdır. Bu zirvəni fəth edənlərin adlarını əbədiləşdirmək, onları ehtiramla xatırlayıb yad etmək isə hər birimizin vətəndaşlıq borcudur. Diyarşünaslıq klubunun müdiri Ərkinaz Əliyeva çıxışında şəhidlərin ölməzliyindən, onların əziz xatirəsinin daim  yad edilməsindən söz açıb. Sonda “Aprel döyüşçüləri” adlı sərgiyə baxış olub.